İnsan alverinə qarşı mübarizə istiqamətində maarifləndirici tədbir

Məktəbimizdə "İnsan alverinə qarşı mübarizə " istiqamətində maarifləndirici tədbir keçirildi. Məktəbimizin tarix müəllimi Gülnarə Daşdəmirli tədbirdə şagirdlərə uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində informasiya çatdırdı. Uşaq hüquqları ilə bağlı qərarların qəbul edilməsində uşaqların iştirak etmələrinin vacibliyi, həmçinin bu sahədə maarifləndirmə işinin gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət daşıyır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Milli Fəaliyyət Planın icrası məqsədi ilə Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış Sosial - çarxları şagirdlərə nümayiş etdirdik və ətraflı məlumat almalarını təmin etdik.