Tarix və coğrafiya aylığı başa çatdı

Tarix və coğrafiya aylığı başa çatdı. Aylıq çərçivəsində nümunəvi dərslərin keçirilməsi davam etdirildi. Məktəbin tarix müəllimləri İslamova Zümrüd, Əkbərova Mətanət, coğrafiya müəllimi Məmmədova Rəna müasir tələbləri əks etdirən, şagird-müəllim münasibətlərinin bütün qaydalarına əməl edilən nümunəvi dərslər nümayiş etdilər. Dərsləri məktəbin direktor müavini G,Allahverdiyeva, məktəbin psixoloqu Y.Hacıyeva və məktəbin müəllimləri dinlədilər. Nümunəvi dərslər rəhbərlik və müəllimlər tərəfindən bəyənildi. Tarix və coğrafiya aylığı "Azadlığımız -bizim qürurumuz" adlı tədbir ilə başa çatdı.