Pedaqoji şura keçirildi

Bu gün məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018- ci il tarixli 8/1 nömrəli qərarına əsasən,"Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydası ilə əlaqədar, məktəbin pedaqoji kollektivi ilə iclas keçirildi. Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydaları ilə bağlı tətbiq edilən yeniliklər məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırıldı. Tədbirdə məktəbin direktoru Həmidova Firəngiz, direktor müavinləri Allahverdiyeva Gülşən, Suvarova Arzu, Zeynalabdinova Gülnarə, metodbirləşmə rəhbərləri , fənn müəllimləri iştirak etdilər.