Məktəbdə Yeni il şənliyi keçirildi

28 dekabr 2018-ci il tarixdə məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş geniş tədbir keçirildi. Tədbir iki hissədən ibarət idi. Birinci hissədə şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi nümayiş etdirdilər. Sonra mahnılar, rəqslər, şeirlər ifa olundu. Tədbirin ikinci hissəsində Şaxta babanın və Qar qızın gəlişi ilə yeni il şənliyi başlandı. İbtidai sinif şagirdləri maraqlı səhnəciklər göstərdilər, yeni ilə həsr olunmuş mahnılar və şeirlər ifa etdilər.