Məktəbimizdə Mehdi Hüseynzadənin 100 illik yubileyi keçirildi

        Məktəbdə  Sovet İttifaqı qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirildi. Qonaqların iştirakı ilə məktəbin akt zalında  keçirilən tədbirdə dövlət himni səsləndirildi, dövlət bayrağı səhnəyə gətirildi. Daha sonra  Mehdi Hüseynzadəyə aid  sənədli film nümayiş etdirildi.

            Tədbirdə  şagirdlər tərəfindən Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat əməliyyatlarındakı uğurlarından ətraflı söhbət açıldı.Məktəbin şagirdləri tərəfindən “Uzaq sahillərdə” filmindən səhnəcik nümayiş etdirildi. Qonaqlardan Böyük Vətən Müharibəsi Veteranı Fərəcov İsmayıl Mövsüm oğlu, Azərbaycan Bayrağı ordenli Tağıyev Məhəd Tağı oğlu,Bakı şəhəri üzrə Təhsil idarəsinin, Təlimə dəstək Mərkəzinin əməkdaşı Mürsəl Qurbanov Böyük Vətən müharibəsində  Mehdi Hüseynzadənin misilsiz rolu haqqında danışdılar.Məktəbin direktoru F.İ.Həmidova çıxışında  1941–1945-ci illəri əhatə edən Böyük Vətən Müharibəsində faşizmə qarşı mübarizədə misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanmış, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 23 iyun 2018-ci il tarixli sərəncamının böyk əhəmiyyətini vurğuladı. İlk dəfə Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olub, bu gün bu ənənəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Bu bildirir ki, müharibə şəraitində olan Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə heç vaxt barışa bilməz, Mehdi kimi əfsanəvi qəhrəman oğullarımız bu gün də var, hər zaman olacaq və Azərbaycan torpağı işğal altında qalmayacaq. Tədbir şagirdlər tərəfindən ifa olunan vətənpərvərlik mahnısı ilə bitdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi