Ədəbiyyat fənni üzrə nümunəvi dərslər keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti nümunəvi dərslər 13 dekabr 2018-ci il tarixdə ədəbiyyat fənni üzrə 6"Ç" sinfində oldu. Müəllim Şahbazova Gülər “Ağıllı uşaq” nağılında obrazların səciyyəvi xüsusiyyətləri mövzusu üzrə maraqlı dərs apardı. 17 dekabr 2018-ci il tarixində 7 "Ç"sinfində müəllim Mehdiyeva Şahinə B.Vahabzadənin “Vətəndaş” şeirinin ifadəli oxusu, tətbiq və yaradıcı iş" mövzusunda maraqlı bir dərs nümayiş etdirdi. Dərslər əyani vəsaitlərdən istifadə edilərək müasir təlim tələblərinə uyğun idi. Venn diaqramı, müzakirə üsulları tətbiq edildi, qruplarla və cütlərlə aparılan tədqiqat işləri şagirdlərin yüksək təfəkkürə malik olduğunu göstərdi. Ədəbiyyat fənni üzrə nümunəvi dərslər növbəti həftədə davam edəcək.