Siniflər arası futbol yarışı

      Məktəbimizdə fiziki tərbiyə müəllimləri tərəfindən V-VII siniflər arası  futbol yarışı təşkil olundu .12 Noyabr Konstitusiya Gününə həsr olunan bu yarış  12 noyabr  tarixindən  7  dekabr  tarixinədək keçirildi. Yarışda V-VII sinif şagirdlərindən ibarət 16 komanda iştirak etdi. Hər komandada maksimum 10 nəfər (1 qapıçı, 4 oyunçu əsas, 5 ehtiyat) olmaqla 137 nəfər (90 əsas, 47 ehtiyat) şagird  iştirak etdi. Olimpiya üsullu ilə keçirilən yarış iki hissədən (hər hissə 10 dəqiqə) ibarət keçirildi. Hissələr arası fasilə 5 dəqiqə müəyyənləşdirildi. Finalda qalib gələn komandalar  I, II, yerə layiq görüldü. Yarımfinalda məğlub olan komandalar  III yer uğrunda mübarizə apardı və qalib gələn komanda III yerə layiq görüldü. Seçilmiş oyunçulardan məktəbin yiğma komandası tərtib edildi. Yarışlara fiziki tərbiyə müəllimi Əliyev Hafiz hakimlik etdi. Yarışda I yerə  7 "B", II yerə 7 "D", III yerə 5 "D" sinfi layiq görüldü. Qaliblərə məktəbin direktorunun imzalı möhürü ilə təsdiq edilmiş diplomlar verildi.

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi