Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirildi

11 dekabr 2018-ci il tarixdə məktəbin 7d sinfində Azərbaycan dili fənnindən fənn müəllimi Heybətova Aynur Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Zəmanəmizin dahi şəxsiyyəti” mövzusunda nümunəvi dərs keçirdi. Fənn müəllimi Heybətova Aynur standartlara uyğun olaraq dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən mətn hazırlamışdır. Mətnin əsasında suallar, iş vərəqləri tərtib edilmişdir. Müasir tələblər səviyyəsində qurulan dərsdə şagirdlərin fəallığı, müstəqil fikir söyləmək bacarığı qonaqların diqqətini xüsusilə cəlb etdi.