Siniflər arası voleybol yarışı

        Məktəbdə VII-IX siniflər üzrə qızlar arasında voleybol yarışı keirildi. 30 oktyabrdan 13 noyabradək keçirilən yarışda hər komandada qızlardan ibarət 6 nəfər  olmaqla 11 komanda və  66  nəfər şagird iştirak etdi. Yarış "uduzan çıxdı  üsulu" ilə keçirildi.Yarış iki setdən  (1 : 1 olarsa 1 set əlavə) ibarət keçirildi. Hissələr arası fasilə 3 dəqiqə təyin edildi. Fiziki tərbiyə müəllimləri tərəfindən təşkil olunan və icra edilən yarışlara fiziki tərbiyə müəllimi Əliyev Hafiz hakimlik etdi.  Yarışda I yerə 7c sinfi layiq görüldü. Qalib komandaya məktəbin direktoru tərəfindən diplomlar təqdim edildi. Seçilmiş oyunçulardan məktəbin komandası yaradıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi