Məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd edilib

20 yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar məktəbin direktoru F.İ.Həmidovanın imzaladığı müvafiq əmrə və məktəbin tədbirlər planına əsasən 11-18 yanvar 2016-cı il tarixlərdə məktəbdə silsilə tədbirlər keçirilmişdir. Belə ki, tədbirlər planına əsasən xalqımızın müstəqillik uğrunda mübarizə tarixində şəhidlərin əvəzsiz rolundan bəhs edən konfrans, toplanış, disput və bədii qiraət saatları təşkil edilmişdir. Həmçinin məktəbin şagirdləri tərəfindən 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş fotostendlər, guşələr hazırlanmış, məktəbin foyesində rəsm sərgisi təşkil edilmişdir. Həmçinin, faciə ilə bağlı yuxarı sinif şagirdləri tərəfindən divar qəzeti hazırlanmışdır. Şagirdlərin “Şəhidlər xiyabanı”na ziyarəti təşkil edilmişdir.19 yanvar 2016-cı il tarixdə ilk dərs saatları “ Qanlı yanvar faciəsi” mövzusuna həsr edilmişdir. Ən sonda 19 yanvar 2016-cı il tarixdə “ Milli qəhrəmanlarımız and yerimizdir” adlı musiqili-ədəbi kompozisiya keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi