Məktəbimizdə “Son zəng” tədbiri

                            

Respublikamzın bütün ümumtəhsil məktəblərində olduğu kimi 14.06.2018-ci il tarixdə məktəbdə  “Son zəng” tədbiri keçirildi. Bu il 11-ci sinfi 52 şagird bitirib məzun adını qazanır.  Tədbirdə aparıcılar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Heybətova və tarix müəllimi Gülçin Hüseynova idi.  Azərbaycanın Dövlət Himni oxunandan sonra məktəbimizin direktoru F. İ. Həmidova məzunları yeni həyata qədəm qoymaları münasibəti  ilə təbrik edərək  gələcək həyatlarında uğurlar arzuladı. Məktəbdə təhsil adığı müddətdə müxtəlif yarışlarda, müsabiqələrdə fərqlənən şagirdləri  və gənc-nəslin təlim-tərbiyəsində müvafiq işlər görən, şagirdləri yüksək nəticələr əldə edən  müəllimləri fəxri  fərmanlarla təltif etdi.  Şagirdlərin ifasında səslənən şeirlər, mahnılar və rəqs nömrələri  tədbiri daha da maraqlı etdi. Tədbirin sonunda 11-ci sinif şagirdlərini məktəb illərindən ayıran və məzun adını qazandıran son zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi