“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirildi.

Məktəbimizdə  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş  “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və digər qonaqlar iştirak etdilər. Qonaqlar şagirdlərin əl işləri işlərindən, rəsm əsərlərindən ibarət sərgiyə və məktəb şagirdlərinin ifasında hazırlanmış konsert proqramına tamaşa etdilər.  Azərbaycanın 100 illik tarixi səhifəsi şagirdlərin nümayiş etdirdikləri səhnəciklər, kompozisiyalar, mahnı, şeir nömrələri ilə  vərəqləndi. Tədbirin sonunda məktəbin direktoru Firəngiz Həmidova  öz təəssüratlarını qonaqlarla bölüşdü. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi, bu tarixi günün yaranmasında böyük rolu olan şəxsiyyətlərin daima qəlblərdə yaşayacaqlarını qeyd etdi və 90-cı illərdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin qorunması sahəsində gördüyü işlər və onu siyasi yolunu davam etdirən İlham Əliyevin fəaliyyəti haqqında  danışarkən  bu cür siyasətçilərin yaşadığı bir ölkənin vətəndaşı olması ilə fəxr etdiyini bildirdi. Sonra İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi