3d sinfində 1 iyun sevinci

Məktəbin 3d sinfində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Balaca aşpazlar və balaca rəssamlar” adlı tədbir keçirildi. Balaca aşpazlar xaçapuri hazırlayaraq dostlarını səhər yeməyinə qonaq etdilər, balaca rəssamların isə rəngarəng şəkilləri hər kəsin marağına səbəb oldu. İbtidai sinif müəllimi Səlimova Leyla balaca şagirdlərinə arzularını və diləklərini söylədi, onları hədiyyələrlə sevindirdi.