AXC-nin 100 illiyinə həsr olunmuş şeir qiraəti müsabiqəsinin qalibi məktəbimizin şagirdi Rauf Əliyev

AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı, "Müasir İnkişaf" və "Gənclərin Töhfəsi" İctimai Birliklərinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Səndən qeyri biz hamımız ölə billik!" şuarı altında "Vətənim Azərbaycan" mövzusunda şeir qiraəti müsabiqəsinin final mərhələsini keçirilmişdir.. Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik Nizami Cəfərov, münsiflər heyətinin üzvləri - Xalq artisti Nurəddin Mehdixanlı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Zöhrə Əsgərova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kafedra müdiri Səidə Abbasova, "Birlik" jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar İlkin, Qarabağ qazisi Anar Məmmədov müsabiqə iştirakçılarının söylədiyi şeirləri dinləmiş və qiymətləndirmişlər. Müsabiqənin yekununda I və II mərhələləri keçərək finala vəsiqə qazanmış 16 şagirddən biri olan məktəbimizin 11-cl sinif şagirdi Rauf Əliyevin səsləndirdiyi şeir münsiflər tərəfindən yüksək qiymətləndirilmiş və I yerə layiq görülmüşdür.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi