Dama yarışı keçirildi

Məktəbdə 16 - 22 yanvar tarixlərində fiziki tərbiyə müəllimləri tərəfindən təşkil olunan V-XI sinif şagirdləri arasında dama yarışı keçirildi. Yarışda ümumilikdə 75 şagird iştirak etdi.. Yarışlara fiziki tərbiyə müəllimləri Əhmədov Kənan və Əliyev Hafiz hakimlik etdi.Yarış uduzan çıxdı üsulu ilə həyata keçirildi. Seçilmiş oyunçulardan məktəbin yığma komandası yaradıldı.Yarışda I yerə 9a sinfindən Hümbətov Musa, II yerə 9c sinfindən Cəfərquliyev Xankişi, III yerə 7ç sinfindən Yəhyayev Sənan layiq görüldü..
Qaliblərə məktəbin direktoru tərəfindən yanvar ayının 25-də diplomlar təqdim edildi.