“Səyahət” adlı tədbir keçirildi

Məktəbdə tarix-coğrafiya ayl;ğı çərçivəsində müxtəlif tədbirlər həyata keçirildi. Coğrafiya müəllimlərinin təşkil etdiyi “Səyahət” adlı coğrafiya gecəsində “Zaman” gəmisi ilə coğrafiyanın dünəninə, bu gününə və sabahına səyahət edildi. Tədbirdə iştirak edən şagirdlər məşhur coğrafiyaşünasların obrazını yaratdılar. Tədbirdə eyni zamanda şagirdlər arasında viktorina keçirildi.