08.12.2015-ci il tarixdə Nəsimi rayonu 42№ li tam orta məktəbdə “Dünya Azərbaycanlılarının Ümummilli lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Firəngiz Həmidova açaraq tədbirdə iştirak edən qonaqları, müəllim və şagirdləri salamladı. Sonra Ulu Öndərin Azərbyacanda uşaqlara,gənclərə göstərdiyi diqqət və qayğıdan, gənclərin hərtərəfli inkişaf etmələri üçün tarixi xidmətlərdən bəhs etdi. Uşaqları pis vərdişlərdən uzaq olmağa, tariximizi,Ulu Öndərin keçdiyi ömür yolunu dərindən öyrənməyə tövsiyyə etdi. Məktəbin tarix müəllimləri Gülçin Hüseynova, Zümrüd İslamovanın çıxışlarında Ümummilli liderimizin ictimai-siyasi fəaliyyətini əks etdirən məruzələri tədbir iştirakçılarının diqqətinə çevrildi. Tədbirdə Nəsimi, Binəqədi rayonları üzrə Metodkobinetin bölmə rəhbəri Aydın Qarayev, Nəsimi rayonu 164 saylı tam orta məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək tədbirin təşkilatçılarına hazırladıqları uğurlu tədbirin şagirdlərin həyatındakı müstəsna əhəmiyyətindən danışdılar. Ulu Öndər Heydər Əliyevin həyat və faəliyyətinin şagirlər tərəfindən öyrənilməsinin vacibliyindən söz açdılar. Tədbirdə şagirdlərin tərəfindən səsləndirilən şeir numunələri tədbir iştirakçılarını məmnun edərək alqışlara səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi