Nəsimi rayonu 42 №-li tam orta məktəbin “9 noyabr Bayraq Günü"nə həsr olunmuş tədbir keçirilib.

Məktəbdə 9 noyabr Azərbaycan Dövlət Bayrağı gününə həsr olunmuş silsilə tədbirlər planı hazirlanmışdır. Belə ki, məktəbdə stendlər və divar qəzetləri hazırlanmış, büllitenlər buraxılmış, siniflərdə təşkilat saatları keçirilmişdir. Azərbaycanın Milli bayrağı müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir adlı “Dəyirmi Masa” təşkil olunmuşdur. Bayraq gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Bayram “Dünyanın ən uca bayrağı” adlı ümumməktəb tədbiri ilə başa çatmışdır.