Metodbirləşmə rəhbərlərinin iclası keçirildi

Oktyabr ayında məktəbdə metodbirləşmə rəhbərlərinin dəyirmi masası keçirildi. İlk öncə məktəbin direktoru F.Həmidova qeyd etdi ki, məktəbin fəaliyyətində metodbirləşmələrin böyük rolu vardır. Metodbirləşmələrin köməyi ilə məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində bir çox işlər görmək mümkündür. Bunun üçün metodbirləşmə rəhbərləri qabaqcıl müəllimlərin iş təcrübələrinin yayılmasına və gənc müəllimlərə kömək məqsədi ilə onların dərslərin dinlənilməsinə şərait yaratmalı, onlara metodiki tövsiyələr verməlidirlər. Metodbirləşmə rəhbərləri metodbirləşmə üzvlərinin qarşılıqlı dərsdinləmələrini təşkil etməlidir. Eyni zamanda hər metodbirləşmə rəhbərinin qovluğunda sənədlər qaydada olmalı, görülən bütün işlər öz əksini tapmalıdır. Metodşüranın sədri M. Əhədova bildirdi ki, növbəti iclasda bütün metodbirləşmə rəhbərlərinin qovluqları yoxlanılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi