8-9-cu sinif şagirdlərin valideynlərinin iştirakı ilə iclas keçirildi

Məktəbdə 8-9-cu siniflərdə təhsil alan şagirdlərin valideynlərinin və 8-9_cu sinif rəhbərlərinin iştirakı ilə buraxılış imtahanları ilə bağlı iclas keçirildi. İclasa məktəbin direktoru F.İ.Həmidova sədrlik etdi. F.İ.Həmidova iclas içtirakçılarını 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə tanış etdi. O bildirdi ki, 2018-ci ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək. 2019-cu ildə isə Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətlən- diriləcəkdir. Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq. Bu tədris ilində də ötən tədris ilində olduğu kimi imtanlara hazırlıq məqsədilə 9-cu sinif şagirdləri ilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə fənn müəllimləri tərəfindən məşğələlər təşkil olunacaq. Hər ay şagirdlərin biliyini yoxlamaq və imtahana hazırlıq səviyyəsinin öyrənmək məqsədilə sınaq imtahanları keçiriləcək. Şagirdlər imtahanlara ciddi hazırlaşmalı, valideynlər də şagirdlərin imtahanlara hazırlıq prosesinə müəllimlər qədər nəzarət etməlidirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi