“Qüvvət elmdədir” adlı tədbir keçirildi

02.05.2017-ci il tarixdə məktəbimizdə “İslam Həmrəyliyi ili”-nə həsr olunmuş “Qüvvət elmdədir” adlı tədbir keçirildi.Tədbiri məktəbin direktoru F.İ.Həmidova açaraq 2017-ci il Prezident İlham Əliyev cənablarının sərəncamı ilə "İslam Həmrəyliyi ili" elan olunmasının əhəmiyyətli və vacib bir qərar olduğunu qeyd etdi.Tədbir Xəzərdən başlayan su səyahətinin təmsilçisinin milli paltarda su səhənginin məktəbə gətirilməsi ilə başlandı. Tədbirdə məktəblərdə tədris olunan dünyəvi elmlərin məhz müsəlman alimlərindən qaynaqlandığını , İslamla elmin vəhdətini şagirdlərin təqdimatında nümayiş etdirildi. Elmlə islamın vəhdətinə həsr olunmuş tədbirin baş qəhrəmanı Nizami Gəncəvi “Sənsiz” romansının sədaları altında zala daxil olaraq bütün məclisi idarə etdi. Müxtəlif elm sahələrini –coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və tarixi əhatə edən elmi-bədii hissələrdə müxtəlif dövrlərin müsəlman alimlərinin dünya görüşləri sərgiləndi.Tədbirin sonunda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında tədbirin keçirilməsinin böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu bildirdi..