“Oxu günü” tədbirində məktəbimizin şagirdləri

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən “Oxu günü" adlı tədbirdə məktəbimizin şagirdləri fəal iştirak etdilər. “Gəlin birgə oxuyaq” şüarı altında təşkil olunan tədbirdə şagirdlərimiz tərəfindən təqdimatlar və M.F.Axundzadənin müzakirə olunan “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni məşhur” əsəri əsasında rollu oyunlar təqdim edildi.