Məktəbimizdə "Yer kürəsini qoruyaq" adlı tədbir keçirildi

22 aprel tarixində məktəbimizdə ingilis dili müəllimləri Əyyubova Nabat və Mikayılova Rübabənin təşkilatçılığı ilə hazırlanmış “Yer Günü” ilə bağlı -“Yer kürəsini qoruyaq” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərə, müəllimlərə və valideynlərə bu günün əhəmiyyətini bir daha xatırlatmaq və hər kəsi Yer kürəsini qorumağa, onun qayğısına qalmağa, səsləməyə xidmət edirdi. Şagirdlər tərəfindən şeirlər, mahnılar, rəqslər ifa edildi. Tədbir bitəndən sonra şagirdlər və müəllimlər tərəfindən məktəbin həyətinə güllər əkildi.