Hər birimiz bir çiçək

    1950 - ci il iyunun 1 - i BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. 1998 - ci il 19 may tarixində “ Uşaq hüquqları haqqında ” qanun qəbul edilib. Ölkəmizdə uşaqlara diqqət və qayğı həmişə öncül məsələlərdən olmuşdur . Ümummilli lider Heydər Əliyev “ Uşaqlar bizim gələcəyimizdir ” deyərək uşaqlara olan sevgisini və münasibətini bildirmişdir. Məktəbimizdə 4a sinfinin rəhbəri Məmmədova Səbinə öz şagirdləri ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirdi. Tədbirdə şagirdlərin bədii hazırlıqları və bədii kompozisiyaları nümayiş etdirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllimlər, şagirdlər iştirak etdi. Tədbirə yekun vuran məktəbin direktoru Gülşən Allahverdiyeva hər bir uşağın həmişə diqqət və qayğıya ehtiyacı olduğunu bildirmiş, ölkəmizin uşaqlara qayğı sahəsində dünyaya bir nümunə olduğunu söyləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi