Futzal
Məktəbdə idman müəllimlərinin təkilatçılığı ilə məktəbin 9-cu sinif oğlanları arasında “Futzal” yarışı keçirildi. Yarışın məqsədi şagirdlərin idmana olan marağını artırmaq və idman oyunları zamanı təhlükəsiz, etibarlı mühit yaratmaqdan ibarət idi. 9d komandası birinci yerə layiq görüldü. Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Allahverdiyeva Gülşən müəllim qalib komanda və şagirdlərə diplom və kuboklar təqdim etdi.