Beynəlxalq Yer Kürəsi Günü

Məktəbdə 22 aprel “Beynəlxalq Yer Kürəsi Günü” ilə əlaqədar rəsm müəllimiləri Səfərova Sevda və Sədiyeva Səidənin təşkilatçılığı ilə 7a sinif şagirdi Ziyadova Nailənin fərdi sərgisi keçirildi. Sərgidə əsas məqsəd təbiətə vurğunluq, onun qayğısına qalmaq, planetimizin bütün insanlığın ümumi evi olduğunu bir daha bəyan etmək və həmişə bunun fərqində olmaqdan ibarət idi.