Mənim küçəmin tarixi

Məktəbin 3b sinif rəhbəri İrina Qafarova və şagirdləri rus dili dərsində "Mənim küçəmin tarixi" adlı tədqiqat layihəsini təqdim etdi. Şagirdlər müəllim və valideynlərinin köməyi ilə yaşadıqları küçənin tarixini araşdırıb və bu küçələrə adları verilən görkəmli insanların həyatı haqqında məlumatlar toplayaraq kağız üzərində təqdimatlar hazırladılar.Təqdimat zamanı şagirdlər topladıqları məlumatları şagird yoldaşları ilə bölüşdülər. Dərsdə şagirdlər aldıqları məlumatları çox böyük maraq və diqqətlə dinlədilər.