Uğurlu gələcəyin başlanğıcını birlikdə əldə edək!

    Şagirdlərin bacarıq və maraqlarını inkişaf etdirmək, onları daha aktiv və yaradıcı bir mühitə cəlb etmək üçün tarix müəllimi Əliyeva Aynurənin təşkilatçilığı ilə 8 c sinif şagirdləri Klublar və Dərnəklər Cəmiyyətinin ilk tanıtım tədbirini həyata keçirdulər. Tədbir zamanı şagirdlərə müxtəlif sahələri – incəsənət, elm, texnologiya, idman və s. əhatə edən klublar təqdim olundu. Şagirdlərə bu klublar vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirmək, yeni dostlar qazanmaq və məktəb həyatını daha maraqlı və rəngarəng keçirmək imkanları əldə ediləcəyi barədə məlumat verildi .
Tədbirdə məktəbdaxili sosial əlaqələrin möhkəmlənməsinə, şagirdlərin öz potensiallarını kəşf etməsinə və yeni bacarıqlar qazanmasına  təkan veriləcəyi xüsusən vurğulandı. Hər bir şagirdin özünü ifadə edə bilməsi, fərdi istedadlarını üzə çıxarması və komanda ruhunu hiss etməsi üçün belə bir platformanın yaradılması böyük əhəmiyyət daşıyır. Bu gün burada şahidi olacağınız təqdimatlar və çıxışlar, məhz gənc nəsilin təşəbbüskarlığını və potensialını əks etdirir.
    Bundan əlavə, Elm və Təhsil Nazirliyinin şagirdlər üçün müəyyən etdiyi qaydalar haqqında da məlumat verildi. Təhsil təkcə dərsliklərlə məhdudlaşmır – məktəb həm də şəxsiyyətin formalaşdığı, dəyərlərin və məsuliyyət hissinin aşılandığı bir mühit olduğu, bu qaydalar, şagirdlərin daha nizamlı, təhlükəsiz və uğurlu bir təhsil yolu keçmələri üçün müəyyənləşdirildiyi xüsusi qeyd edildi. Bu qaydalara əməl edilməsi şagirdlərin uğurlu təhsil almalarına və məktəb mühitinin daha sağlam və nizamlı olmasına töhfə verdiyi tədbir işdirakçılarının diqqətinə çatdırıldı.

Təhsil gələcək karyeranın açarıdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi