Pedaqoji Şuranın iclası

Məktəbdə Pedaqoji Şura keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həmidova iclasın gündəliyində duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. Bütün şura üzvlərinin iştirak etdiyi iclasda Ümumi təhsil məktəblərində keyfiyyət monitorinqi və Ümumtəhsil məktəblərində keyfiyyət monitorinqinin qiymətləndirmə çərçivəsi sənədləri kollektivin nəzərinə çatdırıldı. Qeyd olunan tələb və göstərişlərə əsasən kollektivə məktəbdaxili fəaliyyətlərində məzmuna uyğun aktiv şəkildə çalışmaları tapşırıldı.