“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsi

    Martın 14-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

    Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir elmdə uğur qazanmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda müxtəlif bacarıqlara və istedada sahib olmaq vacibdir. Şagirdlərin bu istedadlarını vaxtında aşkar edib dəyərləndirmək və inkişaf etdirmək də olduqca önəmlidir. Məhz bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsi təşkil edilir. Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

    Məktəbin 11d sinif şagirdi Məmmədli Tunar bu müsabiqədə “Kompüter elmləri” kateqoriyası üzrə iştirak edərək qalib olmuş diplom və medalla təltif olunmuşdur. Məktəb rəhbərliyi və kollektivi adından Tunarı təbrik edir və daha da böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi