"Peşə seçimi" və "İmtahan həyacanı, stress və onun idarə edilməsi"

Fəaliyyət planına əsasən məktəbin psixoloqları Hasilova Rəna və Hüseynzadə Aytən fevral ayı ərzində 9 və11ci sinif şagirdləri ilə "Peşə seçimi" və "İmtahan həyacanı, stress və onun idarə edilməsi" mövzusunda maarifləndirici görüş keçirilmişdir. Seminar zamanı "Hollandın peşə seçimi" metodikasından istifadə edilmişdir. Həmçinin, şagirdlərə imtahan zamanı stressin idarə edilməsi haqqında lazımı informasiyalar verilərək şagirdlərin suallarına cavab verilmişdir.