21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

Məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq Uşaq Yaradıcılıq Mərkəzi ilə birgə tədbir keçirildi. Tədbirdə həm məktəbimizin, həm də müxtəlif məktəblərdən olan istedadlı şagirdlər şeir, mahnı, rəqs ifaları ilə öz bacarıqlarını nümayiş etdirdilər. Sonda Uşaq Yaradıcılıq Mərkəzindən gəlmiş qonaqlardan Sevinc Əbilhəsənova və məktəbin direktoru F.İ.Həmidova çıxış edərək iştirakçılara öz dərin təşəkkürünü bildirdilər.