Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə çox bağlıdır. Hər il martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha da genişlənir. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Bütün bu uğurlar onu göstərir ki, Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.
Məktəbin Fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə 7-ci siniflər arasında mini futbol idman yarışı keçirildi. Sonda qalib siniflər və iştirakçılar rəhbərlik tərəfindən sertifikat və təşəkkürnamə ilə təltif olundu.