“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib. Məktəbin 11d sinif şagirdi Məmmədli Tunar da bu müsabiqədə “Kompüter elmləri” kateqoriyası üzrə iştirak etmişdir və finala iştirak hüququ qazanmışdır. Məktəb rəhbərliyi və kollektivi adından Tunarı təbrik edir və final mərhələsində uğurlar arzulayırıq.