Qanlı yanvar

Məktəbdə 20 yanvar faciəsinə həsr olunmuş "Qanlı yanvar" adlı tədbir keçirildi. Məktəbin direktoru Firəngiz Həmidova məktəbin adını daşıyan şəhid İlqar Əbilhəsənovun abidəsi önünə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirdi. Daha sonra məktəb rəhbərliyinin, müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilidi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Məktəbin şagirdlərinin hazırladıqları “20 Yanvar faciəsi”nin ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilidi. Tədbirdə şagirdlərin ifasında hüzn gününə həsr edilmiş şeirlər və mahnılar səsləndirildi.