“Artexnolab” Bakı

    19 dekabr 2024-cü il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Artexnolab” uşaq festivalı keçirilib.

    Festival şagirdlərin elmi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, təhsilalanların elmi-texniki biliklərinin artırılması, yaradıcı düşüncə tərzinin formalaşdırılması, tədqiqat işlərinə maraq və həvəsin yaradılması məqsədilə təşkil olunub.

    Qeyd edək ki, festivalda şagirdlər 10-13, 14-16 yaş kateqoriyalarında komanda və fərdi şəkildə olmaqla müxtəlif istiqamətlər (animasiya, qrafik dizayn, fotoqrafiya, ekorobot, proqramlaşdırma) üzrə iştirak ediblər. Hər istiqamət üzrə peşəkar mütəxəssislər tərəfindən müvafiq master-klasslar təşkil olunub və iştirakçılara yeni bilik və bacarıqlar qazandırılıb. Ümumilikdə, tədbirdə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərindən 130 şagird iştirak edib. 

    Məktəbin 9ç sinif şagirdi Əliyev Şamil və Hüseynov Murad informatika müəllimi Bəyova Günəşin rəhbərliyi ilə təşkil olunmuş festivalda "Qrafik dizayn" istiqaməti üzrə çıxış edərək 1-ci yerin qalibi oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi