“Liderlər yetişdirək” layihəsi həyata keçirildi

Məktəbdə “Liderlər yetişdirək” başlığı altında özünüidarəetmə layihəsi həyata keçirildi. Belə ki, məktəbdə bir gün, yəni 3 mart 2017-ci il tarixində bütün vəzifələr şagirdlər tərəfindən yerinə yetirildi. Məktəbin direktor vəzifəsini 10ç sinif şagirdi Hacıyeva Gülgün , Təlim-tərbiyə işləri üzrə direktor müavini 11ç sinif şagirdi Heydərov İmran və Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini ibtidai sinif üzrə 10c sinif şagirdi İmanzadə Fəxri, Tərbiyə işləri üzrə direktor müavini vəzifəsini 10 c sinif şagirdi Bağırov Rövşən, Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini 9c sinif şagirdi Cəfərli Röya icra etdi. Bundan başqa kitabxanaçı, psixoloq, Uşaq Birliyinin rəhbəri, katibə və digər vəzifələri də şagirdlər icra etdilər. Həmin gün siniflərdə də dərslər şagirdlər tərəfindən tədris olundu.Müəllimlərin dinləməsi ilə keçirilən dərsləri şagird-müəllimlər müasir tələblərə uyğun qurmağı bacardılar. Şagirdlər İKT vasitələrindən və yeni təlim texnologiyalarından məharətlə istifadə etdilər. Şagirdlər bu layihəyə həvəslə hazırlaşmışdılar və işlərinin öhdəsindən də bacardığı qədər, layiqincə gəldilər. Eyni zamanda həmin gün şagirdlər müəllim peşəsinin, və təhsil sahəsində çalışmağın nə qədər məsuliyyətli və ağır, eyni zamanda şərəfli bir iş olduğunu da dərk etdilər.