Milli qürururumuz Zəfər bayramı
6 noyabr 2024-cü il tarixində məktəbin kitabxanaçıları Kərimli Nigar və Babayeva Rəsmiyyə tərəfindən tariximizin şanlı səhifəsi olan 8 noyabr Zəfər Günü münasibəti ilə "Zəfər bayramı"adlı tədbir keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin xatirəsi sükutla yad edildi. Direktor Firəngiz Həmidova tədbir iştirakçılarını salamlayaraq Zəfər yolu haqqında söhbət apardı və bildirdi ki, bu yolda qazanılan uğurlar dövlət rəhbərimizin güclü siyasətinin, xalqımızın birliyinin, igid oğullarımızın qəhrəmanlığının nəticəsidir. Qazanılan torpaqlarımız, müstəqil dövlətimiz və çiçəklənən Azərbaycanımız gələcək nəsillərə əmanətdir. Onlar bu əmanəti qorumaq üçün daim mübarizə aparmalı eyni zamanda bu yolda canlarını fəda etmiş qəhrəmanlarımızı unutmamalı, unutdurmamalıdırlar.
Daha sonra məktəb şagirdlərinin ifasında hazırlanmış şeirlər, musiqilər, rəqslər nümayiş olundu.