22 Oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Günüdür

    Beynəlxalq Məktəb Kitabxanaları Günü UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür. 

    Məktəbimizdə bu günlə bağlı kitabxanaçılar Kərimli Nigar və Babayeva Rəsmiyyə kitab sərgisi təşkil etdilər. Sonra kitabxana və kitabların yaranması, kitab çapı, zəmanəmizədək bu kitabxanaların keçdiyi inkişaf yolu barədə danışıldı. Qədim və müasir kitabxanalar, dünyanın ən böyük və qeyri-adi kitabxanaları haqqında bilgilər şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi