YAŞIL DÜNYA ÜÇÜN

    2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verildi.
    Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir. Layihə çərçivəsində məktəbdə Bəyova Günəş müəllimin rəhbərliyi ilə "Yaşıl dünya üçün"  adlı layihəyə start verildi. Birinci olaraq qruplar yaradıldı və şagirdlərə layihənin məqsədinin nədən ibarət olduğu haqqında məlumat verildi. Təyin olunmuş müddət ərzində layihənin təqdimatına hazırlıq prosseinə start verildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi