18 oktyabr Müstəqillik Günü

    18 oktyabr 2024-cü il tarixində “Müstəqillik Günü” ilə əlaqədar olaraq məktəbin kitabxanasında Babayeva Rəsmiyyə və Kərimli Nigarın təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə kitabxananın əməkdaşları tərəfindən Müstəqilliyin Bərpası Gününə həsr edilən videomaterial hazırlanıb təqdim edildi. Videomaterialda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumat verilib. Burada müstəqilliyin ilk illərində respublikanın ictimai-siyasi fəaliyyətini əks etdirən məlumatlar, maraqlı faktlar, sənədlər, foto və videogörüntülər öz əksini tapıb. Sonda “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” adlı tədbir şagirdlərin çıxışı ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi