Məktəbdə ekologiya ayı

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir.
Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir.
İbtidai sinif müəllimi Məmmədova Samirə 3a-sinfində şagirdləri ilə birlikdə bu layihə əsasında "Canlıların qidalanması və torpaq" adlı fəaliyyət həyata keçirdi. Əsas məqsəd canlıların yaşaması üçün vacib olan torpaq və onun canlıların həyatındakı rolu haqqında şagirdlərə ətraflı məlumat vermək idi. Şagirdlər bu layihə müddətində fəaliyyəti canlı şəkildə izləyərk nəticələr ilə bir başa tanış oldular. Bu proses şagirdlərin həyatında elmi təcrübə kimi yaddaqalan və maraqlı bir fəaliyyət oldu.