“Bilik günü” keçirildi

    Məktəbdə “Bilik günü” qeyd olundu. Tədbirdə məktəb müdiriyyəti, valideynlər, şagirdlər və qonaqlar iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə məktəbin direktoru Firəngiz Həmidova çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan işlərdən, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından söz açdı. “Bilik günü”ndə iştirak edən  qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara nailiyyətlər arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi