Son zəng

   İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirildi. 

    Məktəbin direktoru Həmidova Firəngiz məzunları təbrik edib, məktəbin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Çıxış edənlər buraxılış siniflərinin şagirdlərini təbrik edib, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd ediblər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıblar.Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi