Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat

    Elm və Təhsil Nazirliyi tərəfindən “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” a əsasən nəzərdə tutulan şagirdlərin akademik nailiyyətləri və rifahı naminə əməkdaşlıq etmələri prinsipə əsaslanaraq, tarix müəllimi Əliyeva Aynurə tərəfindən hazırlanan "Bütöv Azərbaycan naminə sağlam gənclik" layihəsi çərçivəsində yekun tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Firəngiz Həmidova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülşən Allahverdiyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı  Gülnarə Zeynalabdinova, informatika müəllimi Günəş Bəyova və 7c sinfinin valideynləri iştirak etmişdir.  Layihə çərçivəsində aparılan Quliyeva Leylanın "Təbiətin əsəri Ebru sənətı”, Mirzəliyeva Zərifənin "Xarici dil öyrənmə metodları və xaricdə təhsil", İsmayılova Nilufərin "7c sinfinin art dünyası", Mirzəyeva Könülün "Dünənim, Bugünüm, Sabahım", Sadıqova Günel və Quliyeva Fəxriyyənin "Təməl həyat dəstəyi" təlimləri barədə əhatəli şəkildə məlumat verilmişdir. Layihənin aparılması məqsədi valideyn-məktəb arasında sıx əlaqələnin qurulmasının daha yaxşı şagird davranışı, yüksək akademik nailiyyətlər və təkmilləşdirilmiş sosial bacarıqlar üçün vacibliyinin təsdiqi vurğulanmışdır.
    Layihənin müxtəlif mövzularda təlimlər aparılaraq, valideyn-məktəb arasında güclü əlaqənin qurulması zaman effektiv ünsiyyət, davamlılıq, düzgün kommunikasiya kanallarının seçilməsi nöqteyi-nəzərdən növbəti tədris ilində də davam etdirilməsi tövsiyə edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi