"Azərbaycan tarixi və etnoqrafiyası" adlı sərgi təşkil edildi

27.02.2017-ci il tarixində məktəbdə “Azərbaycan tarixi və etnoqrafiyası” adlı sərgi təşkil edildi. Sərgidə VI və IX sinif şagirdlərinin iştirakı ilə Qədim Azərbaycan mədəniyyətinə aid eksponatlar, qədim qalaların və türbələr nümayiş etdirildi. Bölgələrimizə aid milli geyimlər, bəzək əşyaları, qədim qablar, səhənglər , eyni zamanda silahlar və pullar Azərbaycan tarixinin qədimliyini əks etdirdi. Sərgi məktəbimizin müəllim və şagird kollektivi tərəfindən maraqla qarşılandı.