Əllərimiz həyat xilas edir

    Elm və Təhsil Nazirliyi tərəfindən “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” a əsasən nəzərdə tutulan şagirdlərin akademik nailiyyətləri və rifahı naminə əməkdaşlıq etmələri prinsipə əsaslanaraq, "Bütöv Azərbaycan naminə sağlam gənclik" layihəsi çərçivəsində növbəti təlim Azərbaycan Tibb Universitetinin Təcili Tibb kafedrsanın müəllimləri Sadıqova Günel və Quliyeva Fəxriyyə tərəfindən "Əllərimiz həyat xilas edir" şüarı ilə "Təməl həyat dəstəyi" adlı təlimi keçirilmişdir.  Məktəbin direktoru F.İ.Həmidova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zeynalova Gülnarə, fizika müəllimi Bağırova Mehriban, biologiya müəllimi Hüseynova Təranə təlimdə iştirak etmişdir. Təlim zamanı şagirdlərə təməl həyat dəstəyi mövzusunda həm nəzəri, həm praktik biliklər öyrədildi. Yaşından və ixtisasından asılı olmayaraq, hər kəsin bilməsinin lazım olduğu ürək dayanması hallarında xəstənin canlandırılması və tibbi yardım gələnə qədər beyin ölümünün qarşısının alınması qaydaları təlimçilər tərəfindən tam əhatəli izah edildi. DRS ABCD ardıcıl olaraq, necə edilməsi şagirdlərə ən xırda detallarına qədər öyrədildi. 
     Müxtəlif ixtisas sahibləri olan valideynlərin "Bütöv Azərbaycan naminə"  layihəsində öz sahələri üzrə iştirakı şagirdlərə müxtəlif sahələrdə biliklərini zənginləşdirməyə, praktik olaraq öyrənmələrinə imkan yaratdı. Məqsəd orta məktəbdə təhsil alan hər bir şagirdin vətən üçün layiqli bir vətəndaş yetişdirilməsi, gələcəkdə hər birinin öz sahəsi üzrə uğurlu addımlar atmasına yönəlmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi