Təhsilverənlərin etik davranış Qaydaları

    Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il KQ - 07 nömrəli qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilmiş, yeni "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilmişdir. 4 iyun 2024-cü il tarixində məktəbin rəhbərliyi təhsilverənlərin yeni Qaydalarla tanış olması üçün görüş təşkil etdi. Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına nail olmaqdan ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi