"Yüksələn Bayraq" adlı intellektual yarışma

Məktəbdə riyaziyyat fənn müəllimlərinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinə həsr olunmuş "Yüksələn Bayraq" adlı intellektual yarışma “Breyn ring” adlı bilik yarışı keçirildi. Yarış riyaziyyat fənni üzrə məktəbin 7, 8 və 9-cu sinifləri arasında təşkil olundu. Birinci elmlərin şahı olan riyaziyyat elmi barədə qısaca məlumat verildi. Tədbir tarix, coğrafiya, biologiya, kimya, fizika ,ədəbiyyat kimi fənlərə inteqrasiya edilərək riyaziyyatın həmin fənlərlə əlaqəsindən danışılmaqla davam etdi. Sonra şagirdlərə əyləncəli eyni zamanda düşündürücü, məntiqi suallar verildi. Yarışmada iştirak edən sinif komandaları diplom və medallarla mükafatlandırıldı. Breyn-ring yarışmasının qalibi 7c sinfinin komandası seçildi. Komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla və kubokla təltif edildi.