28 may - Müstəqillik Günü

27 may 2024-cü il tarixində məkəbdə idman müəllimləri Əhmədov Kənan və Tanrverdiyev Rəşadın təşkilatçılığı ilə “28 may Müstəqillik Günü”nə həsr olunmuş idman yarışı keçirildi. Məktəbin 6-cı sinif şagirdləri arasında arasında mini futzal turniri keçirildi. Yarışda 6 komanda birinci yer uğrunda öz qüvvələrini sınadılar. Məktəblilər arasında bu cür yarışların keçirilməsində əsas məqsəd ölkədə gənclərin idmana marağını artırmaq və bu sahədə istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
Yarışlardan sonra qalib gələn komanda müəyyən olundu. Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən məktəbin direktoru F. İ. Həmidova bildirdi ki, bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü müsbət şəkildə göstərir. Son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.